Dünya

5 nəfərin öldürüldüyü evdən müəmmalı detallar: çoxlu duaqabları, qazılmış çuxur - FOTO

30 Mart 2017 10:35
0 Şərh     Baxış: 5 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Adananın Kozan mahalının Çokak məhəlləsində Hüseyn Doğana aid evə gələn İbrahim A. tüfənglə ailə üzvlərini öldürüb, qaçıb.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, hadisə 20:30 radələrində baş verib. Deyilənlərə görə, 38 yaşlı Mehmet Doğan kəbinli xanımı Ayşe ilə birlikdə qardaşıgilə qonaq gedib.

Onlar Hüseyn Doğanın evində oturduqları əsnada İbrahim A. adlı şəxs tüfənglə evə hücum edib. Nəticədə evdə olan 5 nəfər öldürülüb. Ölənlərdən biri uşaqdır.

Hadisənin baş verdiyi ev araşdırılan zaman müəmmalı detallar tapılıb. Belə ki, evdən çoxlu dua qabları və həyətdə yeni qazılmış çuxur tapılıb.

Cinayətdən sonra şübhəli olaraq saxlanılan İbrahim A. hadisəni törətmədiyini söyləyib.

Onun atası polislərə diqqətçəkici ifadə verib. O, ifadəsində Doğan ailəsinin tez-tez cindarların yanına getdiyini söyləyib.

Araşdırma davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.