Dünya

Məhkəmədən Tramp əleyhinə növbəti QƏRAR

30 Mart 2017 09:42
0 Şərh     Baxış: 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Havay ştatı məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salınması barədə hökmünü uzadıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "The Associated Press" agentliyi xəbər verib.
 
Qərar hakim Derrik Uotson tərəfindən çıxarılıb.
 
Martın 18-də ABŞ Ədliyyə nazirliyi Havay ştatı məhkəməsinin qərarından apelyasiya vermişdi.
 
Martın 6-da ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb. Fərmana görə, ABŞ hökuməti İran, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ölkəyə daxil olmasına qadağa qoyub. Bununla yanaşı, İraqın adı siyahıdan çıxarılıb. Əvvəlcədən viza alan və ikili vətəndaşlığa malik olan şəxslərin isə ABŞ-a daxil olmasına icazə verilib. Martın 16-da ABŞ-ın Havay ştatı məhkəməsi D.Trampın miqrasiya siyasətini sərtləşdirən yeni fərmanının icrasını müvəqqəti təxirə salıb. Qərar ştat rəhbərliyinin müvafiq sorğusu əsasında hakim Derrik Uotson tərəfindən çıxarılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.