Dünya

Putinlə Trampın görüşəcəyi vaxtı Lavrov AÇIQLADI

29 Mart 2017 19:36
0 Şərh     Baxış: 1 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tarmp arasında ilk görüş hər iki tərəf üçün münasib vaxtda baş tutacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki ölkə prezidentinin görüşünün vaxtı ilə bağlı fikir bildirərkən deyib.

Nazir əlavə edib ki, D.Tramp ABŞ prezidenti seçiləndən qısa zaman sonra iki ölkə lideri arasında telefon danışığı olub: "Çox yaxşı söhbət alındı, ikitərəfli münasibətlərdə əsas məsələlər, eləcə də əsas beynəlxalq problemlər ətrafında ümumi fikir mübadiləsi olub".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.