Dünya

Bu səhnə məşhur aktrisanın ərini özündən çıxardı - FOTO

29 Mart 2017 11:03
7 Şərh     Baxış: 12 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rol aldığı serialda şiddət görən bir qadın obrazını canlandıran məşhur aktrisa Nikol Kidmanın bədənindəki göyərtiləri görən həyat yoldaşı Keis Urban qəzəblənib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, "Big Little Lies" serialında rol alan Kidman ssenariyə əsasən, ərini canlandıran Alexander Skarsqardla səhnələrinin onu çox yorduğunu izah edib. Bir hüquqşünas obrazını oynayan Kidman şiddətə meylli ərinin, sanki, qəzəbinə uğrayır. Serialı "Məndən çox şeylər aparan bir layihə oldu" kimi şərh edən aktrisa həm fiziki, həm də psixoloji zərər gördüyünü bildirib.

Səhnələr zamanı hər yerinin göyərdiyni açıqlayan Kidman həyat yoldaşı Keis Urbanın bədənini gördüyündə çox əsəbiləşdiyini söyləyib. Aktrisa "Fiziki şiddət gördüyümü söyləyən yoldaşıma bunun aktyorluğun bir işi olduğunu açıqladım. Razılaşmaqda çətinlik çəkdi, amma vəziyyəti qəbul etmək məcburiyyətində qaldı" sözlərini işlədib.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.