Dünya

Volvo-nun zavodunda yanğın baş verib

28 Mart 2017 22:51
0 Şərh     Baxış: 438
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçin ən böyük avtomobil istehsalı şirkəti olan Volvonun Höteborq şəhərində yerləşən zavodunda yanğın baş verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yanğın zamanı şirkətin 150-yə yaxın əməkdaşı təxliyə olunub.

Səhər saatlarında laboratoriyada başlayan yanğın sonradan anbara və yaxınlıqdakı inzibati binaya keçib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşın və xilasedici cəlb olunub. Gündüz saatlarında yanğın nəzarət altına alınsa da alovun tam söndürülməsinə yalnız axşam saatlarında nail olunub.

Bu yanğın Volvo şirkətinə məxsus zavodda qısa zaman ərzində baş verən ikinci belə hadisədir. Fevral ayında şirkətin təhlükəsizlik mərkəzinin binasında da güclü yanğın baş vermişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.