Dünya

Ruhaninin Instagram fotoları İranı qarışdırdı - FOTO

28 Mart 2017 13:50
6 Şərh     Baxış: 2 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran prezidenti Həsən Ruhaninin Novruz tətilində çəkdirdiyi və Instagram-a yüklədiyi fotolar ölkədə mübahisələrə səbəb olub.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, H.Ruhaninin paytaxt Tehran yaxınlığında dağ gəzintisi zamanı 2 gənc qız və bir gənc oğlanla idman geyimində çəkdirdiyi fotolar birmənalı qarşılanmayıb.   
 
Ruhaninin Instagram-dakı səhifəsinə yerləşdirdiyi fotolara 17 mindən çox şərh yazılıb. Mühafizəkar iranlılar fotodakı xanımların saçlarının tam örtülü olmamasına etirazlarını bildiriblər. Onların fikrincə, bu, islam cümhuriyyəti dəyərlərinə ziddir. Ruhaninin addımını seçkiqabağı şou kimi qiymətləndirənlər də olub.
 
Ruhaninin tərəfdarları isə prezidentə dəstək veriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.