Dünya

Parisdə polislə qarşıdurma: 35 nəfər saxlanıldı - YENİLƏNİB - VİDEO - FOTO

28 Mart 2017 11:56
0 Şərh     Baxış: 1 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:56

Fransa paytaxtında keçirilən etiraz aksiyası zamanı ən azı 35 nəfər saxlanılıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, Parisdə Asiya əsilli kişinin polis tərəfindən qətlinə etiraz olaraq bu gecə keçirilən nümayişdə təqribən 150 nəfər iştirak edib.

Paris prefekturasından bildiriblər ki, polis əməkdaşları Asiya icmasının nümayəndələri ilə insidenti müzakirə etməyə hazır olub, lakin "əlaqələndiricinin səhvi ucbatından" görüş baş tutmayıb.

---------

11:06

Fransa polisinin Paris sakinini öldürməsindən sonra paytaxtda iğtişaş yaranıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qarşıdurma nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı xəsarət alıb.

"Le Parisien" qəzeti yazır ki, insidentə səbəb martın 27-də iki polis əməkdaşının məişət zəminində mübahisəni araşdırmaq məqsədilə mənzillərdən birinə gələrək 56 yaşlı Li Şayonu güllələməsi səbəb olub. Onun bıçaqla asayiş keşikçilərinə hücum etdiyi bildirilir. Lakin mərhumun qızı bunu təkzib edir.

Qətlə yetirilən sakinin xatirəsini anmaq üçün onlarla insan bir yerə toplaşıb. Parisin 19-cu dairəsində polis məntəqəsinin yaxınlığındakı dinc nümayiş kütləvi qarşıdurmaya keçib. Naməlum şəxslər polis avtomobilinin şüşələrini sındırıb, sonra onu yandırmağa cəhd ediblər. İzdihamı dağıtmağa çalışan polis əməkdaşlarına daş, butulka atılıb.

Üç nümayişçinin saxlanıldığı bildirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

В Париже вспыхнули беспорядки после убийства мужчины полицией

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.