Dünya

Yəməndə törədilən terror aktı nəticəsində 11 nəfər ölüb

27 Mart 2017 22:37
0 Şərh     Baxış: 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yəmənin Laxc şəhərində törədilən terror aktı nəticəsində 11 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, terrorçu-kamikadze minalanmış avtomobili inzibati binaya çırpmağa cəhd edib.

Məlumata görə, mühafizəçilərin terrorçunu vaxtında zərərsizləşdirməsi partlayış qurbanlarının sayının çox olmasına imkan verməyib.
 
Hücumun "Ərəb yarımadasında Əl-Qaidə" qruplaşması tərəfindən təşkil edildiyi ehtimal olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.