Dünya

FIDE prezidenti İSTEFA VERDİ? - AÇIQLAMA

27 Mart 2017 17:24
0 Şərh     Baxış: 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov vəzifəsindən istefa verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, faktı federasiyanın rəsmi saytı da təsdiq edib.

Qeyd olunur ki, gələn ay FIDE-nin növbədənkənar toplantısının keçiriləcəyi bildirilir.

Maraqlıdır ki, bu xəbər yayıldıqdan bir neçə dəqiqə sonra K.İlyumjinov istefa vermədiyini bəyan edib:

"Мəni vəzifəmdən kənarlaşdırmaq istədilər, lakin bunu bacarmadılar. Mən heç nəyi imzalamadım. Düşünürəm ki, burada amerikalıların əli var".

Xatırladaq ki, 2015-ci ilin noyabrında ABŞ Maliyyə Nazirliyi 1995-ci ildən FIDE-yə rəhbərlik K.İlyumjinov Suriya Prezidenti Bəşər Əsədə dəstək verməkdə ittiham edərək onu sanksiya tətbiq edilmiş şəxslərin siyahısına daxil edib. Bu səbəbdən K.İlyumjinova ABŞ-a girişə icazə verilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.