Dünya

Terrorçu Məsud London hücumundan əvvəl WhatsApp-da nə yazıbmış?

27 Mart 2017 18:57
0 Şərh     Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın daxili işlər naziri Amber Rudd WhatsApp və digər şifrəli mobil mesajlaşma proqramlarına kəşfiyyat xidmətlərinin girişinin olmasının lazım olduğunu söyləyərək "Terrorçuların gizlənəcək yerləri olmamalılıdır" deyib.

Milli.Az virtualaz-a istinadən xəbər verir ki, ötən həftə Böyük Britaniya parlamenti qarşısında baş verən hadisədən sonra BBC-nin suallarını cavablandıran xanım Rudd bu həftə texnologiya şirkətləri nümayəndələri ilə görüşəcəyini bildirib.

Xalid Məsud parlament binası qarşısında törətdiyi hücum nəticəsində polislər tərəfindən öldürülüb.

Amber Rudd hücumdan iki dəqiqə əvvəl Məsudun WhatsApp-a daxil olmasının müəyyən edildiyini bildirb. WhatsApp-ın bir nümayəndəsi "hücumdan dəhşətə gəldiklərini" söyləyərək nümayəndələrlə ortaq iş gördüklərini qeyd edib. "Əvvəllər qanuni yollarla, məhkəmə qərarı ilə birinin nə iş gördüyünü öyrənmək üçün buxarla zərf açılır və ya telefonu dinlənirdi. İndi isə kəşfiyyat xidmətinin WhatsApp ismarıclarına girişi olmalıdır,"- deyə Rudd bildirib.

Leyborist Partiyasının lideri Jeremy Corbin isə nümayəndələrin onsuz da "böyük səlahiyyətləri" olduğunu qeyd edərək "Bilmə haqqıyla məhrəmiyyət haqqı arasında tarazlıq olmalıdır" söyləyib. WhatsApp-dan göndərilən ismarıclar şifrəli olduğuna görə, kəşfiyyat orqanları və WhatsApp tərəfindən oxunmur.

Bu səbəbdən də Məsudun hücumdan əvvəl hansı ismarıclar yolladığını öyrənməyin mümkün olmadığı bildirlir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.