Dünya

"Qalatasaray"ın prezidenti prokurorluğa çağırıldı - HAKAN ŞÜKÜR QALMAQALI

27 Mart 2017 16:40
1 Şərh     Baxış: 1 163
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray" klubu FETÖ təşkilatına üzv olduğu bildirilən keçmiş futbolçu Hakan Şükür və Arif Ərdəmi klub üzvlüyündən xaric edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hesabat yığıncağında çoxluğun bu şəxslərin çıxarılmasına qarşı çıxmasını görən rəhbərlik başqa yola əl atıb. Klubun nizamnaməsi əsasında üzvlük haqqını ardıcıl bir neçə il ödəməyən üzvlərin çıxarılması şərtindən yaralanan idarə heyəti ümumilikdə 2750 nəfəri "Qalatasaray" üzvlüyündən kənarlaşdırılıb. Bunların arasında adları yuxarıda qeyd edilən veteran futbolçular da olub.

Hakan Şükür dərhal Twitter-dən qərara münasibət bildirib və klub üzvlüyündən çıxarılmasının daha sakit şəraitdə həyata keçirilə bilinəcəyini deyib.
 
Qeyd edək ki, hesabat toplantısında Hakan Şükür və Arif Ərdəmə dəstək olanlarla bağlı prokurorluq araşdırmalara başlayıb. Türkiyə prokurorluğu artıq klubun prezidenti Dursun Özbəki məsələ ilə bağlı ifadə verməyə dəvət edib.
 
Onu da qeyd edək ki, məlum məsələ ilə bağlı Türkiyə hökuməti "Qalatasaray" rəhbərliyinə irad bildirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.