Dünya

Rusiya vətəndaşları Türkiyəyə xarici pasportsuz gələcəklər?

27 Mart 2017 13:15
0 Şərh     Baxış: 1 545
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rəsmi Ankara rəsmi Moskva ilə Rusiya vətəndaşlarının Türkiyəyə xarici pasportlar olmadan gəlməsi qaydalarını müzakirə etməyə hazırdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada rus icmasının nümayəndələri ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, bu məsələdə tərəflər iki il əvvəl müəyyən irəliləyişlər əldə ediblər.

Nazir iki ölkə arasında əlaqələrin normallaşmaqda davam etdiyini də qeyd deyib:

"Ona görə biz müzakirələri başa çatdıra bilərik. Türkiyə hökuməti hava limanlarında şəxsiyyətin müəyyənləşdirilməsi üçün avadanlıqlar quraşdırır. Biz bu məsələ ilə bağlı danışıqları bərpa etmək niyyətindəyik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.