Dünya

Sabiq prezident həbs ediləcək

27 Mart 2017 10:31
1 Şərh     Baxış: 659
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreya Prokurorluğu sabiq prezident Pak Kın Heninin həbs olunmasını istəyir.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, sabiq prezidentin adı korrupsiya qalmaqalında hallandığı üçün istefa verməli olub. Bununla bağlı ölkə prokurorluğu məhkəməyə sorğu göndərib. 

Qeyd edək ki, prezident Pak uzun illərdir rəfiqəsi olmuş Çoy Sunsillə əlbir olaraq, bir neçə şirkətin iki şübhəli fonda 70 milyon dollar ianə etməsi qarşılığında təəssübkeşlikdə ittiham edilir.

Korrupsiya qalmaqalı ilə bərabər prezident Pak bir neçə digər ittihamla da üzləşir. Onların arasında 2014-cü ildə 300 insanın ölümü ilə nəticələnən Sevon gəmisinin batması zamanı insanların xilas edilməsində səhlənkarlıq və öz qızını prestijli universitetə yerləşdirmək üçün prezidentlik əlaqələrindən istifadə edilməsi göstərilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.