Dünya

İngiltərə şahzədəsinə SUİ-QƏSD cəhdi - Təyyarəsini vurmaq istədilər

27 Mart 2017 10:10
1 Şərh     Baxış: 1 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə şahzadəsi Uilyam vertolyotu pilotsuz uçuş aparatı ilə toqquşmaqdan son anda xilas olub. Polis vertolyotda Uilyam olmasa da, hadisəni sui-qəsd cəhdi kimi xarakterizə edərək istintaq başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə İngiltərənin Daily Mail qəzeti məlumat verib. Qəzetin məlumatına görə, təhlükə anında yerdən təxminən 600 metr yüksəklikdə olan vertolyotla pilotsuz uçuş aparatının qarşı-qarşıya gəldiyi olayda pilotun bacarığı qəzanın baş verməsini əngəlləyib.

Vertolyotun qorxunc qəzadan yarım saniyəlik fərqlə xilas olduğu qeyd edilir. Uilyam o məqamda vertolyotda olmasa da, yaşananların şahzadəyə qarşı bir sui-qəsd cəhdi ola biləcəyi gündəmə gəlib. Çünki mütəxəssislər pilotsuz uçuş aparatının vertolyotu partlada biləcək gücdə olduğunu və qəzada bütün ekipajın ölmüş olacağını iddia edirlər.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.