Dünya

Londondakı terrorda şübhəli bilinən daha 1 nəfər saxlanılıb

26 Mart 2017 21:38
0 Şərh     Baxış: 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Londonda törədilən terror aktında şübhəli bilinən daha 1 nəfər saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Skotland-Yardın mətbuat xidməti məlumat verib.

Hazırda hadisə ilə əlaqədar 2 nəfər həbsdədir . Bundan əvvəl 10 şübhəliyə qarşı cinayət təqibinə xitam verilib.
 
Qeyd edək ki, martın 22-də Londonda terror aktı nəticəsində 4 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Terrorçu, 52 yaşlı Xalid Məsud hücum zamanı polis tərəfindən məhv edilib. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.