Dünya

İrandan 3 milyon miqrant Türkiyəyə keçməyə hazırlaşır

26 Mart 2017 19:00
0 Şərh     Baxış: 2 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İrandan Türkiyəyə 3 milyon miqrant gələ bilər".

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu "CNN Türk"ə müsahibəsi zamanı Türkiyə Baş nazirinin müavini Veysi Qaynaq söyləyib.

"Miqrantlar daha çox Türkiyəyə gəlmək istəyirlər. İrandan buraya 3 milyon miqrant hərəkət etmək niyyətindədir. Onların çoxusu əfqan miqrantlardır. Biz 2016-cı ildə təkcə İqdır və Ağrıda 30 min nəfər qeyri-qanuni miqrantın ölkəyə girməsinin qarşısını almışıq", - deyə o bildirib.

Qeyd edək ki, hazırda Türkiyədə Yaxın Şərq ölkələrindən gəlmiş 3,5 milyon miqrant var.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.