Dünya

Türkiyənin cənub-şərqində 19 PKK terrorçusu zərərsizləşdirildi

26 Mart 2017 16:32
0 Şərh     Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin təhlükəsizlik qüvvələri cənub-şərq əyaləti Hakkaridə hərbi obyektlərə hücumlar planlaşdıran 19 PKK terrorçusunu zərərsizləşdiriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı məlumat yayıb.

Əməliyyatı dünən havadan verilən dəstək ilə Yüksekova rayonunda təhlükəsizlik qüvvələri tərəfindən keçirilib. Terrorçuların 2 zenit-raket kompleksi ələ keçirilib.

Bundan əlavə, Türkiyə HHQ-i İraqın şimalında Metina, Zap, Avaşin-Basyan, Qandil və Hakurk rayonlarına hava zərbələri endiriblər. Hava zərbələri nəticəsində terrorçuların 16 obyekti məhv edilib və 8 terrorçu zərərsizləşdirilib.

Qeyd edək ki, PPK terror qruplaşması Türkiyənin dövlət qurumlarına və vətəndaşlarına silahlı hücumlar edir. 2015-ci ilin iyul ayından PPK-nın hücumları nəticəsində 500 dinc sakin və 800 təhlükəsizlik qurumlarının əməkdaşları öldürülüb. Təhlükəsizlik qüvvələrinin keçirdikləri əməliyyatlar zamanı 10 min PKK terrorçusu öldürülüb və ya həbs edilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına daxil ediblər.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.