Dünya

ABŞ-da gecə klubunda atışma: 1 ölü, 14 yaralı - YENİLƏNİB

26 Mart 2017 16:44
0 Şərh     Baxış: 893
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:44

Bu gün ABŞ-ın Ohayo ştatında gecə klubunda atışmanın detalları məlum olub.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, Tsintsinnati şəhərindəki "Kameo" gecə klubunda ən azı 2 nəfər klubdakı insanları atəşə tutub.
 
Nəticədə 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralılardan bir neçəsinin durumu ağırdır. Polis kapitanı Kim Uilyams bildirib ki, bu, indiyə qədər gördüyü "ən pis hadisə" olub.
 
Olayla bağlı saxlanılanlar barədə hələ məlumat açıqlanmayıb. Hazırda polis olayla bağlı araşdırmanı davam etdirir. 

--------

14:54

ABŞ-ın Ohayo ştatında gecə klubunda atışma baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, atışma nəticəsində 1 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Məlumatda deyilir ki, insident Çinçinnati şəhərinin "Kameo" gecə klubunda baş verib. Təfərrüatlar barədə məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.