Dünya

ABŞ-dan YouTube-a ZƏRBƏ

26 Mart 2017 13:08
0 Şərh     Baxış: 1 516
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın nəhəng şirkətləri ekstremist videolarla əlaqədar "YouTube" saytında reklamlarını yerləşdirməkdən imtina edirlər.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  "Pepsi", "Walmart" və "Starbucks" şirkətləri də bu kampaniyaya qoşulublar.
 
"Pepsi" şirkətinin yaydığı bəyanatda bildirilib ki, şirkətin "YouTube"-dəki bəzi reklamlarının nifrət və zorakılıq təbliğ edən videolarla birlikdə nümayişi narahatlıq və təəssüf doğurub. "Walmart" bu halın şirkətin imicinə uyğun olmadığını vurğulayıb. "Starbucks" də müvəqqəti olaraq "YouTube"-də reklamlarını dayandırdığını açıqlayıb.
 
Qeyd edək ki, bir neçə şirkətin "YouTube"-də reklamları ekstremist videoroliklərlə birgə yayımlanıb. Bundan sonra bir neçə böyük şirkət "YouTube"-nin məxsus olduğu  "Google" şirkəti ilə əməkdaşlığını dayandırdığını açıqlayıb. Bunların sırasında ABŞ-ın nəhəng telekommunikasiya şirkəti "Verizon i AT&T", kosmetika və tibb avadanlıqları istehsalçısı "Johnson & Johnson", Böyük Britaniyanın "Royal Bank of Scotland", HSBC və "Lloyds" bankları var.
 
"Google' şirkəti isə reklamların yerləşdirilməsinə nəzarəti sərtləşdirəcəklərini, bir daha belə hala yol verilməməsinə çalışacaqlarını bəyan edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.