Dünya

Belarus müxalifətinin lideri saxlanıldı

25 Mart 2017 12:43
0 Şərh     Baxış: 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarus müxalifətinin liderlərindən biri olan Vladimir Niklyayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, V.Niklyayev martın 25-də keçirilməsi nəzərdə tutulan icazəsiz etiraz aksiyasının təşkilatçılarından biridir.

Qeyd edək ki, martın 17-də keçirilən etiraz aksiyasından sonra V.Niklyayeva qarşı kütləvi aksiyaların təşkili və keçirilməsi qaydalarının pozulmasına dair inzibati proses başladılıb. Martın 24-də Minsk şəhər məhkəməsi həmin proseslə bağlı iclas keçirməli idi. 

Bir müddət əvvəl Belarus Dövlət Təhlükəlilik Komitəsi Minskdə martın 25-də baş tutacaq kütləvi iğtişaşların qarşısının alındığı və 26 nəfərə qarşı cinayət işinin açıldığı barədə məlumat yayıb. Aparılan axtarış əməliyyatı nəticəsində saxlanılan şəxslərin yaşadığı yerlərdən çoxlu sayda odlu silah, qumbara, dəyənək, bıçaq, balta, partlayıcı qurğuların hazırlanması üçün istifadə olunan maddələr, dəbilqə, zirehli gödəkcələr, şəhər şəraitində döyüş aparılmasına dair dərsliklər və NATO qüvvələrinə aid tibbi çantalar aşkar edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.