Dünya

Merkel etiraf etdi: "Heç də hər şeyi yaxşı etməmişik" - YENİLƏNİB

25 Mart 2017 12:03
1 Şərh     Baxış: 1 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı öz siyasətində heç də hər şeyi yaxşı etməyib.

12:03

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Almaniya kansleri Angela Merkel İtaliyanın "Rai" teleradio şirkətinə müsahibəsində deyib.

A.Merkel qeyd edib: "Əlbəttə, biz heç də hər şeyi yaxşı etməmişik. Bəzi işlər natamam qalıb".

O, avropalı siyasətçilərin miqrasiya və iqtisadi məsələlərdə səhv etdiklərini də bildirib:

"Məsələn, biz sərbəst yerdəyişmədən çıxış edərək xarici sərhədlərin mühafizəsi haqqında düşünmədik. Vahid valyuta yaradanda isə onu böhrana davam gətirmə qabiliyyətli etmədik. Lakin indi bank ittifaqı və stabilləşdirmə mexanizmi yaradırıq".

----------

10:08

"Avropa İttifaqı bir sıra səhvlərə yol verib ki, onları düzəltmək lazımdır".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel İtaliya televiziyasına müsahibəsində deyib.

Bununla belə o, əvvəldən qarşıya qoyulmuş vəzifələrin başa çatdırılmasının zəruri olduğunu bildirib.

Merkel miqrant məsələsi, Avropa valyutasının fəaliyyət sistemində çatışmazlıqlar və xarici sərhəd problemlərini Avropanın düzəltməyə çalışdığı əsas çətinliklər sırasında qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.