Dünya

Tramp: ""Obamacare"-i dəyişmək üçün yeni qanun layihəsi tezliklə hazır olacaq"

25 Mart 2017 09:44
0 Şərh     Baxış: 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Obamacare"-i dəyişmək üçün yeni qanun layihəsi tezliklə hazır olacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
 
"Biz daha mükəmməl layihə tərtib edəcəyik. Güman edirəm ki, qanun layihəsinin yeni variantını həm respublikaçılar, həm də demokratlar dəstəkləyəcək", - D.Tramp bildirib.
 
Bundan əvvəl D.Tramp "Obamacare" tibbi sığorta sistemini əvəzlənməsinə yönələn qanun layihəsini Konqresdən geri götürüb. 6 saatdan çox davam edən debatlarda Konqres üzvlərinin əksəriyyəti D.Trampın təşəbbüsünün əleyhinə çıxış edib.
 
Qeyd edək ki, Barak Obamanın hakimiyyəti dövründə həyata keçirilən səhiyyə islahatı tibbi sığortası olmayan aztəminatlı amerikalıların dövlətin subsidiyaları hesabına sığortalanmasını nəzərdə tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.