Dünya

Aİ-dan çıxmaq Böyük Britaniyaya baha başa gələcək - 50 milyard

24 Mart 2017 18:43
0 Şərh     Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya Avropa İttifaqının tərk etmək üçün 50 mlrd. funt sterlinq və yaxud təxminən 62 mlrd. ABŞ dolları ödəməli olacaq.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker "BBC"-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, yalnız bu məbləğ ödənildikdən sonra rəsmi Londona Aİ-dan çıxmağa yekun icazə veriləcək. Həmin vəsait Britaniya hökumətindən bir sıra öhdəliklərin yerinə yetirilməsi, o cümlədən Aİ məmurlarının pensiya ödənişlərinin həyata keçirilməsi məqsədi ilə alınacaq.
Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey ölkəsinin Aİ-nı tərk etməsi ilə bağlı prosedurlara martın 29-da başlayacaq. Təşkilata ödəniləcək kompensasiyanın məbləği danışıqlarda əsas məsələlərdən biridir. Qarşıdakı 2 il ərzində Britaniyada yaşayan Aİ vətəndaşlarının, eləcə də Aİ ölkələrindən yaşayan Britaniya vətəndaşlarının hüquqlarının təmin edilməsi ilə bağlı məqamlara aydınlıq gətirilməlidir.

Xatırladaq ki, Böyük Britaniyanın Aİ-dan çıxması ilə bağlı ümumxalq səsverməsi ("Brexit" adlandırılan referendum) 23 iyun 2016-cı il tarixində keçirilib. Referendumun nəticələrinə görə, Britaniya vətəndaşlarının 51,9%-i ölkənin Aİ-nı tərk etməsinə, 48,1%-i, o cümlədən Şotlandiya və Şimali İrlandiyada yaşayanların əksəriyyəti Aİ-da qalmasına səs veriblər.

Bu il martın 13-də Böyük Britaniya parlamenti "Brexit"in icrası ilə bağlı qanun layihəsini qəbul edib. Martın 16-da isə sənəd Böyük Britaniya kraliçası II Yelizaveta tərəfindən təsdiq edilib. 

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.