Dünya

Britaniyanın Azərbaycandakı səfirliyində bayraq endirildi

24 Mart 2017 13:18
0 Şərh     Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın paytaxtı Londonda martın 22-də törədilən terror aktı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində Britaniyanın dövlət bayrağı yarıyadək endirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildiriblər. Böyük Britaniya səfirliyi ilə yanaşı Avropanın bir sıra ölkələrinin Azərbaycandakı səfirliklərində də həmrəylik işarəsi olaraq dövlət bayraqları yarıyadək endirilib.

Xatırladaq ki, İŞİD terror təşkilatı ilə bağlı olan britaniyalı maşını idarə edərək Vestminster körpüsündə olan bir neçə nəfəri əzib. Nəticədə 4 nəfər həlak olub, onlarla insan yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.