Dünya

Trampdan daha bir qərar: ABŞ-a səyahət etmək çətinləşir

24 Mart 2017 13:05
1 Şərh     Baxış: 1 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikaya viza almaq daha da çətinləşir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ-ın xarici işlər naziri Reks Tillerson ölkənin bütün dünyadakı səfirliklərinə viza üçün müraciət edənlərlə bağlı daha da diqqətli olmaları barədə təlimat verib. Belə ki, viza üçün müraciət edən şəxslərdən son 15 ildəki səyahət keçmişi, yaşadığı və işlədiyi yerlər, son 5 ildə işlətdiyi elektron və sosial şəbəkə ünvanları soruşulacaq.

Bundan başqa, İran, Suriya, Liviya, Yəmən, Somali və Sudan kimi ölkələrdə olan şəxslərdən İŞİD-in idarə etdiyi ərazilərdə olub-olmadıqlarına dair sorğu aparılacaq.

Qeyd olunur ki, R.Tillerson "Hər hansı bir narahatlıq və şübhə olduğu təqdirdə müraciəti ləğv etməkdən çəkinməyin" deyə tapşırığında bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.