Dünya

Rusiyada itkin düşmüş azərbaycanlı axtarışa verildi

24 Mart 2017 11:32
0 Şərh     Baxış: 1 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Murmansk şəhərində itkin düşmüş 30 yaşlı azərbaycanlı axtarışa verilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bu barədə elanı Rusiya Federasiyası İstintaq Komitəsinin Murmansk şəhəri üzrə istintaq idarəsi öz saytında yerləşdirib.

Bildirilir ki, Azərbaycan vətəndaşı, 30 yaşlı Məmmədov Vüsal Nizami oğlunun itkin düşməsi faktı ilə bağlı cinayət əlamətlərinə əsasən, "Qəsdən adamöldürmə" maddəsi ilə cinayət işi başlanıb. Araşdırma zamanı məlum olub ki, ötən il noyabrın 12-də Vüsal Məmmədov Murmanskda yaşadığı yeri taksi ilə tərk edib və bu günə kimi onun harada olması barədə məlumat yoxdur.
 
İstintaq idarəsi həmin şəxsin əlamətlərini qeyd edərək onu görənləri idarəyə məlumat verməyə çağırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.