Dünya

Sosial şəbəkədə canlı yayım aparan qız FACİƏYƏ səbəb oldu: özü öldü, 6 nəfər yaralandı - VİDEO

24 Mart 2017 11:21
13 Şərh     Baxış: 20 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yol nəqliyyat hadisəsi Tatarıstanın (Rusiya) Kazan şəhəri ətrafındakı yolda baş verib. Qız sükan arxasında sosial şəbəkələrdən birində videoyayım aparıb. Telefon avtomobil panelinə bərkidilib. Sürücü internet-istifadəçilərlə salamlaşıb, işlərin necə olduğunu soruşub və nə isə ifa edib. Bundan sonra zərbə, qışqırıq səsi eşidilir və yayım kəsilir.
 
Milli.Az-ın inter.az-a istinadla verdiyi xəbərə görə, idarəetmə ilə bacarmayan qız böyük sürətlə qarşı zolaqla hərəkət edən avtobusa çırpılıb.
 
Tatarıstan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, avtobusdakı beş sərnişin, o cümlədən 7 yaşlı uşaq müxtəlif dərəcəli travma alıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Sosial şəbəkədə videoyayım aparan qız yol qəzasında ölüb

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.