Dünya

Rusiya Qvardiyasının hərbi hissəsinə hücum: 6 hərbçi öldü, 3 yaralı - YENİLƏNİB - FOTO

24 Mart 2017 12:05
41 Şərh     Baxış: 4 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:05

Terrorçular Çeçenistanda Rusiya Milli Qvardiyasına məxsus hərbi hissəyə hücum ediblər.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hücum nəticəsində hərbi qulluqçular arasında ölən və yaralananlar var.

Hücumu nəticəsində 6 hərbi qulluqçu həlak olub.

Trend-in məlumatına görə, regiondakı güc qurumlarındakı mənbə RİA Novosti-yə bildirib ki, 3761 saylı hərbi hissəyə basqın nəticəsində daha 3 hərbi qulluqçu xəsarət alıb.

RF Milli Antiterror Komitəsinin məlumatında isə deyilir:

"Bu gün gecə təqribən saat 02:30-da 6 naməlum şəxs Rusiya Qvardiyasının hərbi hissəsinə silahlı hücum ediblər. Silahlı qarşıdurma nəticəsində dəstə üzvləri zərərsizləşdirilib".

-----------

10:22

Çeçenistanın Naur qəsəbəsindəki Rusiya Milli Qvardiyası hissəsinin ərazisinə keçməyə cəhd etmiş səkkiz silahlıdan altı nəfəri öldürülüb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə respublikanın hüquq-mühafizə orqanlarından bildirilib.

Hadisə ötən gecə yerli vaxtla saat 2 ilə 3 arasında baş verib. "Altı silahlı öldürülüb, ikisi qaçıb gizlənib", - mənbə qeyd edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.