Dünya

Londondakı faciənin baiskarı: 3 uşaq atası, müəllim... - FOTO

23 Mart 2017 23:30
4 Şərh     Baxış: 3 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın paytaxtı Londonda, ölkə parlamentinin binasının qarşısındakı Vestminster körpüsündəki teraktın hazırlanmasında şübhəli bilinən 8 nəfər dindirilir.

Milli.Az Reuters-ə istinadən bildirir ki, hazırda Britaniya polisi Uels, Birmingem və Londonun şərqində operativ əməliyyatlar keçirir. Prosesə yüzlərlə detektiv cəlb olunub.

Londonun mərkəzindəki hücumda 5 nəfər həlak olub, 29 nəfər yaralanıb.

52 yaşlı Xalid Məsud avtomobili ilə Vestminster körpüsündə insanları əzib, parlament binasınadək gedib. Orada maşını polis əməkdaşı saxlayıb. Məsud polisi bıçaqlayıb və digər polis zabiti tərəfindən güllələnib.

İŞİD teror aktına görə məsuliyyəti üzərinə götürüb.

1964-cü ildə doğulmuş 52 yaşlı Xalid Məsud Kent qraflığında yaşayırdı. 3 övlad atası olan bu şəxs ingilis dili müəllimi idi. Əvvəllər o, bir neçə cinayətdə, o cümlədən qanunsuz odlu silah saxlamaqda suçlu bilinib.

Məsudun teraktda istifadə etdiyi Hyundai Tucson avtomobili Birmingemdəki "Enterprise Holdings" şirkətindən icarəyə götürülmüşdü.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.