Dünya

Zaxarova: "Denis Voronenkovun qətli Moskvanı şoka salıb"

23 Mart 2017 17:35
0 Şərh     Baxış: 1 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva Rusiya Dövlət Dumasınn eks deputatı Denis Voronenkovun qətlinə görə şokdadır.

Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqə bildirib. 

"Deməyə əsas var ki, bu sifarişli aksiyadır. Ümid edirik ki, bu qətlin təhqiqatı siyasiləşdirilmədən və obyektiv məlumatlar əsasında aparılacaq", - o vurğulayıb.

Rusiya XİN rəsmisi Ukrayna prezidenti Pyotr Poroşenkonun D.Voronenkovun qətli ilə bağlı bəyanatını da şərh edib: "Ukrayna prezidenti Pyotr Poroşenkonun Kiyevdə Dumanın eks-deputatı Denis Voronenkovun qətli ilə bağlı bəyanatından sonra Moskvanın şübhəsi yoxdur ki, Kiyev əlindən gələni edəcək ki, heç kim bu qətl barədə heç vaxt həqiqəti bilməsin".

Qeyd edək ki, P.Poroşenko D.Voronenkonun qətlini Rusiya tərəfindən edilmiş dövlət terror aktı adlandırıb.

Xatırladaq ki, D. Voronenkov Kiyevdə atışma zamanı öldürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.