Dünya

"Arsenal" Arda Turana görə 25 milyon verir

23 Mart 2017 14:55
29 Şərh     Baxış: 1 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə milli komandasının kapitanı Arda Turana daha bir Avropa nəhəngi elçi düşüb.

Milli.Az sport24.az-a istinadən xəbər verir ki, Londonun "Arsenal" klubu bu transferi almaniyalı yarımmüdsafiəçi Məsut Özil və çilili hücumçu Aleksis Sançesi cari mövsümün sonunda satmaqla reallaşdırmaq fikrindədi. 

"Topçular" əldə olunan maddi vəsaitlə Ardanın keçidinə nail olmaq niyyətindədi. Arda "Barselona"da əsas heyətdə yer ala bilmədiyinə görə durumundan narazıdır. Bu fürsətdən yararlanmağa çalışan "Arsenal" Turana görə 25 milyon funt sterlinq ödəməyə hazırdı. 

Arda daha öncə Çin çempionatına yollanmağa yaxın olsa da, bu transferə baş məşqçisi Luis Enrike imkan verməyib. Məlum olduğu kimi, ispaniyalı mütəxəssis cari mövsümün sonunda "Barselona"dan gedəcək. 

Xatırladaq ki, 30 yaşlı Turan cari mövsümdə bütün turnirlərdə 29 oyun keçirib, 13 qol vurub, 7 məhsuldar ötürmə edib. "Barselona" ilə 2020-ci ilədək müqaviləsi olan yarımmüdafiəçinin transfer qiyməti 28 milyon avro dəyərləndirilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.