Dünya

20 il əvvəl pələng hücumuna məruz qalan şəxs üzünü nümayiş etdirdi - FOTO

23 Mart 2017 15:03
5 Şərh     Baxış: 10 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balıqçı artıq 20 ildir ki, üz örtüyü olmadan küçəyə çıxmır.

Milli.Az interaz-a istinadən xəbər verir ki, Haşmot Əli adlı şəxs Banqladeşdəki kiçik kənddə yaşayır. O, 20 il əvvəl kənd sakinləri ilə birgə balıq tutmağa gedərkən pələng onların olduğu qayığa atılıb. Yırtıcı pəncəsi ilə Əlinin üzünə zərbə endirib və onu suya atıb, bundan sonra özü də çaya düşüb. Oğlan pələng hadisə yerindən uzaqlaşdıqdan sonra balıqçı yoldaşları tərəfindən dərhal həkimə çatdırılıb.

Həkimlər onun həyatını xilas edə biliblər, lakin Əli hadisədən sonra ilk dəfə güzgüdə üzünə baxan zaman az qala hönkür-hönkür ağlayıb.

Kənd sakinləri ondan kənar gəzməyə başladı, ətrafdakıların xoşagəlməz baxışları ilə qarşılaşan Əli evdə oturmağa qərar verdi. 

Balıqçı, artıq 20 ildir ki, üz örtüyü olmadan küçəyə çıxmır. Yerli sakinlər onu "üzsüz insan" adlandırırlar.

Pələngin pəncəsi ilə endirdiyi zərbə Əlinin üzünün sol tərəfini eybəcər hala salıb, ağız hissəsi dəhşətli hala düşdüyündən dişləri açıqda qalıb, burnunun qalığı isə əks tərəfə əyilib. Haşmotun plastik əməliyyat üçün imkanı yoxdur. Belə bir əməliyyat onun üçün əlçatmaz xəyaldır. Lakin balıqçı bu gün daha çox özü və övladları barədə düşünür.

Əlinin iki oğlu və bir qızı var və o, atasının xarici görünüşü səbəbindən qızının ərə getməyəcəyindən ehtiyat edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.