Dünya birjalarında neftin qiyməti artıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,36 dollar və ya 0,75% artaraq 48,40 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,36 dollar və ya 0,71% artaraq 51,00 dollar olub.
Milli.Az