Dünya

Silah anbarlarında partlayışlar olub - İnsanlar köçürüldü - YENİLƏNİB

23 Mart 2017 11:51
0 Şərh     Baxış: 1 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:51

Ukraynada silah anbarındakı yanğına görə yaxınlıqdakı yaşayış məntəqələrindən 20 min nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, Xarkov vilayətində yanan anbardan 40 km radiusda uçuşlar qadağan olunub.

Ukraynanın Baş naziri Vladimir Qroysmanın hadisə yerinə yollandığı bildirilir.

Partlayışla müşahidə olunan yanğın nəticəsində xəsarət faktı qeydə alınmayıb.

----------

10:51

Xarkov vilayətində döyüş sursatlarının saxlandığı anbarda yanğın olub.

Milli.Az xəbər verir ki, bu barədə Trend Ukrayna Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, Balakleya şəhərində yerləşən silah bazasında yanğın gecə saatlarında qeydə alınıb. Bundan sonra döyüş sursatları partlamağa başlayıb və hazırda partlayışlar davam edir.

Anbarda 138 min ton mərminin saxlandığı bildirilir.

Ölkənin hərbi prokuroru Anatoli Matios hadisəni təxribat adlandırıb.

Yaxınlıqda yaşayan sakinlər təxliyə olunub.

Xəsarət alanlar barədə məlumar verilmir.

----------

09:50

Ukraynada silah-sursat anbarlarında partlayışlar baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, partlayışlar Xarkov vilayətinin Balakleya şəhəri yaxınlığında olub.
 
Yerli icra hakimiyyətinin rəhbəri Stepan Maselski bildirib ki, bununla əlaqədar ətraf evlərin sakinləri təhlükəsiz yerlərə təxliyə olunub.
 
Partlayışlar yerli vaxtla gecə saat 03.00-da baş verib. Ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.