Dünya

88 yaşlı aktrisa çarpayıdan yıxılaraq öldü

22 Mart 2017 18:30
3 Şərh     Baxış: 2 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur aktrisası Nemət Alp 88 yaşında dünyasını dəyişib.

Milli.Az report.az-a istinadən bildirir ki, o, Mezitli rayonunda yerləşən qocalar evində çarpayıdan yıxılaraq ölüb. 

Çarpayıdan yıxılması nəticəsində zədə alan N.Alp xəstəxanaya aparılarkən yolda vəfat edib. 
Sənətçinin ölmü ilə bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, N.Alp 1950-ci illərdən filmlərə çəkilib. O, "Gecəkondu yosması", "Yetim yavrular", "Çalsın sazlar, oynasın kızlar" və s. ekran əsərlərində rol alıb. Aktrisa son illər qocalar evində yaşayırmış.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.