Dünya

Ermənistan Avroviziya-2017-yə buraxılmaya bilər

21 Mart 2017 23:49
6 Şərh     Baxış: 3 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanı Avroviziya-2017-də təmsil edəcək Artsvik Arutyunyan musiqi yarışmasından kənarda qala bilər.

Milli.Az musavat.com-a istinadən bildirir ki,bununla bağlı Ermənistada ajiotaj yaşanır.

Məlumata görə, müğənninin ilhaq olunmuş Krım ərazisinə qanunsuz səfər etməsi səbəbindən mümkündür ki, o, Ukraynanın ev sahibliyi edəcək yarışa buraxılmasın. Bununla bağlı Rusiya mətbuatında da məlumatlar dərc olunub və məsələ ciddi müzakirə mövzusudur.

Hazırda Ukraynanın təhlükəsizlik xidməti ifaçının Krıma getməsi faktını araşdırır. Ukrayna daxili işlər nazirinin məsələhətçisi Anton Geraşenko deyib ki, əgər Arutyunyanın yarımadada olması sübuta yetirilsə, onunla bağlı fərqli qərar verilcək.

Qeyd edək ki, Kiyevdə baş tutacaq müsabiqənin yarımfinalı 9-11 may tarixlərində, final isə 13 mayda keçiriləcək. Artsvikin isə ilk yarımfinalda "Fly with me" ("Mənimlə uç") mahnısını ifa edəcəyi bildirilirdi.

Ermənistan 9 mayda Monteneqro, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, İsveç, Albaniya, Avstraliya, Azərbaycan, Kipr, Sloveniya, Moldaviya, Çexiya, Latviya, İslandiya, Yunanıstan və Polşa ilə birgə çıxış etməli idi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.