Dünya

13 yaşlı iki qız, ikisi də hamilə - Türkiyədə iyrənc olay

21 Mart 2017 12:36
4 Şərh     Baxış: 11 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin İzmir vilayətinin Kiraz şəhərində 4 aylıq hamilə T.K.ilə 8 aylıq hamilə M.A.-ya təcavüz etmiş şəxslər DNT testi ilə müəyyənləşdiriləcək.

Təcavüzə məruz qalmış qızların ikisi də 13 yaşdadır.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, Kiraz sakini, 2 övlad atası olan 49 yaşlı M.A. 4 ay əvvəl 6-cı sinif şagirdi, 13 yaşlı T.K.-nın anası evdə olmayanda qızı zorlayıb. O, qızın ağzını tutaraq deyib: "Bunu kimsəyə demə. Səni alacağam. Bir adama desən, öldürərəm".

T.K.-nın hərəkətlərindən şübhələnən nənəsi onunla danışıb və hər şeyi öyrənib.

Xəstəxanaya aparılan T.K.-nın hamilə olduğbu aşkarlanıb. T.K. və ailəsi uşaq istəməyincə prokurorluq qızın abort edilməsinə qərar verib.

Ege Universitetinin tibb fakultəsinin xəstəxanasına yerləşdirilmiş T.K. bu həftə abort olunacaq.

Həbs olunmuş M.A. ittihamları rədd edib. Bu səbəbdən T.K.-nın bətnindəki körpənin atasının kimliyini dəqiqləşdirmək üçün DNT testi aparılacaq.

Kirazda yaşayan 13 yaşlı M.A. da ürəkbulanmasından şikayətləndiyi üçün aparıldığı xəstəxanada müayinə ediləndə qızın hamilə qaldığı aşkarlanıb. M.A. hamiləliyin 8-ci ayındadır.

Jandramda ifadə verən M.A.-nın dediyinə görə, Y.K. adlı 28 yaşlı kişi onunla bir neçə dəfə cinsi əlaqədə olub.

İzmirdən 142 km uzaqdakı Kirazda azyaşlı qızlara təcavüz nazir hal deyil. Burada 12-16 yaşlı qızların qaçırılmaları adi hal sayılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.