Dünya

Bu gün Beynəlxalq Daun Sindromlu İnsanların Günüdür

21 Mart 2017 10:46
11 Şərh     Baxış: 389

21 Mart - Beynəlxalq Daun Sindromlu İnsanların günüdür (World Down Syndrome Day). Bu təqvim Daun sindromuna həsr olunmuş VI simpoziumun iştirakçılarının təşəbbüsü ilə 2005-ci ildən etibarən qeyd olunmağa başlayıb. Tarixin rəsmən qeyd olunması isə 2012-ci il martın 21-nə təsadüf edir. Qeyd olunması ilə bağlı rəsmi qərar isə 2011-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini bu problemə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır. Həmin gün aidiyyətı orqanlar, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatları bu problemə diqqətin çəkilməsi istiqamətində bir sıra tədbirlər görürlər.

Xromosom saylarında olan patoloji dəyişikliklər nəticəsində əmələ gələn xəstəliklərdən ən çox təsadüf edilənlərdən biri də Daun sindromudur. Belə xəstələrdə xromosom dəstinin sayı 46 deyil, 47 olur. Artıq olan 1 xromosom qeyri-cinsi xromosomdur. Bu xromosom dəsti ilə doğulanların psixi inkişafı kəskin zəif olur. Həkimlərin qənaətinə görə, ananın yaşının çox olması Daun sindromlu uşaqların doğulması ehtimalını artırır. Belə ki, yaşı 35-dən artıq olan qadınlarda körpələrin bu sindromla doğulma ehtimalı 10 dəfə, 40-dan artıq olan qadınlarda isə 25 dəfə artıqdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Efqan · 21 Mart 11:0200

    Allah bu uşaqlarin herbirine şefa verisn . Dostumun oglundada hu xestelikdendi

    Cavab yaz
    • Anonim
      ... · 21 Mart 12:4701

      Salam allah komey olsun. Menm bibimn oglunun da balasi bele dogulub. Genc anadi 19 20yasi var.Oqder sevimli usaxdiki. Sirin mehriban mesum. Allahn isi yenede . Komek olsun rebbim butun

      Cavab yaz
      • Anonim
        Efqan · 21 Mart 13:0500

        Düz deyirsiz . Bu uşaqda ele mehribandi ,ele mesumduki .Adam isteyir her şey etsin onunçün . Men onu hergün görmesem narahat oluram

        Cavab yaz
  • Anonim
    --- · 21 Mart 11:3500

    Amin

    Cavab yaz
  • Anonim
    Efqana · 21 Mart 12:1200

    Efqan bey belke teqribi deyesiz o uşaq dünyaya gələndə anasının neçə yaşı olardı.xahiş edirem.

    Cavab yaz
    • Anonim
      Efqan · 21 Mart 13:0300

      Teqribi .. 28 yaşi olardi

      Cavab yaz
  • Anonim
    Ss · 21 Mart 13:0900

    Çox sağ olun.

    Cavab yaz
  • Anonim
    nar ciceyi · 21 Mart 18:0000

    Menim oglum da bu sindromla dogulub ama bilinki o evimizin sevgi meleyidi biz hamimiz onu o qeder cix isteyirikki ona qeribe baxan baxiwlardan nifret eliyirem

    Cavab yaz
  • Anonim
    nar ciceyi · 21 Mart 18:0100

    Efqan bey bu xestelik deyil sindromdu

    Cavab yaz
  • Anonim
    nar ciceyi · 21 Mart 18:0300

    Heyifki rayonlarda bu gun icin hec bir tedbir kecirilmir beli novruz bayrami arti menim ucun iki wekillidu hem milli bayramimiz hem de oglum ucun xususi gun

    Cavab yaz
  • Anonim
    · 23 Mart 00:2800

    Yawla elaqesi yoxdu.Qadin var ki 40 yawinda saglam ovlad dunyaya getirir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.