Dünya

Avropa valyuta fondunun yaradılması təklif olunur

20 Mart 2017 17:01
0 Şərh     Baxış: 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avroqrupun sədri Yerun Deysselblum Avropa valyuta fondunun yaradılmasını məqsədəuyğun hesab edir.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə o, "Frankfurter Allgemeine Zeitung" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu institut Avropa Stabilləşmə Mexanizminin bazasında yaradıla bilər.

"Düşünürəm ki, Avropa Stabilləşmə Mexanizminin ortamüddətli yaxud uzunmüddətli perpektivdə Beynəlxalq Valyuta Fondunun Avropa analoquna çevrilməsi məntiqlidir", - deyə Avroqrupun rəhbəri əlavə edib.
Y.Deysselblum bildirib ki, bu mexanizm gələcəkdə Avropa ölkələrinə maliyyə dəstəyi proqramında mühüm rol oynaya bilər. Sədr hesab edir ki, Avropa valyuta fondunun maliyyə dəstəyi proqramlarının icrasına da nəzarət həyata keçirməsi mümkündür. Hazırda bununla "bu işdə özünü elə də rahat hiss etməyən" Avropa Mərkəzi Bankı məşğuldur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.