Dünya

İran zəvvarlara Həccə getməyə icazə verdi

20 Mart 2017 14:47
2 Şərh     Baxış: 2 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranlı zəvvarlar bir illik fasilədən sonra - 2017-ci ildə Həcc ziyarətlərini bərpa edəcəklər.

Milli.Az modern.az-a istinadən bildirir ki,  bu ölkənin rəsmi qurumları Səudiyyə Ərəbistanı ilə Məkkədə və onun ətrafında iranlıların təhlükəsizliyin təmin edilməsi məsələlərini razılaşdırıb.

Səudiyyə Ərəbistanının Həcc Nazirliyi də məlumatı təsdiqləyib.

Ərəbistan yarımadasının ən iri dövlətinin hakimiyyəti Həcc ziyarəti ilə bağlı əməkdaşlıq məsələlərinin müzakirəsi üçün hələ fevralın sonunda iranlı tərəfdaşlarını Ər-Riyada dəvət etmişdilər.

Xatırladaq ki, İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlər 2016-cı ilin Həcc mövsümündə baş vermiş faciələrdən sonra pisləşmişdi. O zaman Məkkə ətrafındakı basabasda 400 İran vətəndaşı həlak olmuşdu. Şeytanın daşqalaq edilməsi zamanı yaşanan hadisədə ümumilikdə 700 müsəlman ölmüşdü.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.