Dünya

Trampın reytinqi ən aşağı səviyyəyə ENDİ

20 Mart 2017 09:33
0 Şərh     Baxış: 933

ABŞ prezidenti Donald Trampın ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi iki ay ərzində ən aşağı həddə düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Gallup"ın apardığı sorğunun nəticəsində qeyd olunur.
 
Martın 18-də keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 37%-i ABŞ prezidentinin fəaliyyətini müsbət, 58%-i isə mənfi  qiymətləndirib.
 
Sorğunun keçirildiyi ilk gündə, yanvarın 22-də  Tramp 45% müsbət və 45% mənfi rəy alıb. ABŞ  Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçirilib. Qeyd edək ki, "Gallup"-ın gündəlik sorğularında 1 500 nəfər iştirak edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.