Dünya

Rusiyada məmurların aldığı rüşvətin məbləği AÇIQLANDI

19 Mart 2017 23:52
1 Şərh     Baxış: 1 716

"Rusiyalı məmurlar üçün böhran ötən il başa çatdı: ötən il bu ölkədə rüşvətin həcmi xeyli artıb" - deyə Avstriyanın "Der Standart" qəzetinin müxbiri Andre Ballen yazır.
 
Milli.Az modern.az-a istinadən bildirir ki, məqalədə Rusiyadakı korrupsiya faktlarının miqyası barədə geniş məlumat verilir.
 
"Rusiya Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə şöbəsinin rəisi Andrey Kurnosenko ötən il Rusiyada orta rüşvət məbləğinin 328 min rubl (5,2 min avro) olduğuinu bəyan edib və bu 2015-ci illə müqayisədə 75% artım deməkdir".
 
Kurnosenko ötən il 19 mindən artıq korrupsiya faktı ilə bağlı cinayət işinin açıldığını və bir çox korrupsiya sxemlərinin qarşısının alındığını deyib.
"İl ərzində aşkar olunan korrupsiya faktlarının sayı 21% artıb. Bu faktlar zamanı dəyən zərər 700 milyon avrodan çoxdur".
 
Andre Ballen ötən il Rusiyada bir çox qalmaqallı cinayət faktlarının aşkar olunduğunu deyib.
"Məsələn, evində axtarışdan sonra Rusiya Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov istefa vermişdi. Onun evində çoxlu pul və bahalı rəsm əsərləri aşkar olunub. Amma heç bir istintaq tədbiri həyata keçirilmir".
 
Ballen həmçinin, Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin 2 milyon avro rüşvət alan zaman yaxalanmasını və buna görə ev dustaqlığında olmasını xatırladıb. Digər fakt isə, Daxili İşlər Nazirliyinin polkovniki Dmitri Zaxarçenkonun bacısına məxsus evdə 120 milyon avro vəsaitin aşkar olunması xatırlanıb".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Nardawa · 20 Mart 13:0600

    Goresen niye bizde de ruwvet almirlar?Belede iw olar?Her yerde alirlar,bizde yox.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.