Dünya

Türkiyə antiterror əməliyyatları zamanı itkilərini açıqladı

19 Mart 2017 16:55
0 Şərh     Baxış: 813

Türkiyə Silahlı Qüvvələrinin həftə ərzində istər ölkə daxilində, istərsə də Suriyanın şimalında keçirdiyi əməliyyatlar zamanı 30-dan çox terrorçu məhv edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Baş Qərargahdan bildirilib ki, ötən həftə Türkiyənin Diyarbəkir, Bingöl, Siirt, Batman, Bitlis, Hakkari və Şırnak vilayətllərində keçirilmiş antiterror əməliyyatları zamanı PKK-nın 28 terrorçusu məhv edilib.

Terror qruplaşmasının Suriya qanadı PYD-nin daha 5 yaraqlısı isə Suriyanın şimalında keçirilən "Fərat qalxanı" əməliyyat çərçivəsində məhv edilib. Bununla yanaşı, 2 015 kvadratmetrlik ərazi azad terrorçulardan olunub. Habelə 243 yaşayış məntəqəsinə nəzarət təmin olunub.
Əməliyyatlar zamanı 2 türk hərbçisi şəhid olub, 5 nəfər yaralanıb.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.