Dünya

Çində balıqçılarla dolu qayıq batdı

19 Mart 2017 13:15
0 Şərh     Baxış: 273

Çinin şərqində Çjetsyan vilayətində içərisində 11 balıqçının olduğu qayıq batıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə ölkənin "Sinxua" agentliyi xəbər verib.

Son məlumata görə, 5 nəfərin həyatını xilas etmək mümkün olub. 6 nəfər balıqçının taleyi isə hələ məlum deyil.

Hazırda xilasedicilər dəniz sahillərində itkin balıqçıların axtarışını davam etdirirlər.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.