Dünya

Rəfsəncaninin qızı azadlıqdan məhrum edildi

18 Mart 2017 17:48
0 Şərh     Baxış: 2 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın keçmiş prezidenti Əliəkbər Haşimi-Rəfsəncaninin qızı Faizə Haşimi 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az report.az-a istinadən bildirir ki, o, İslam Respublikasının məhkəmə hakimiyyətinin sədri Sadiq Amoli Laricaninin bank hesabları haqqında yalan məlumat yaymaqda ittiham olunub.

İranın rəsmi şəxslərinin nüfuzuna zərər vuran belə məlumatlar yayanlar iki aydan iki ilədək azadlıqdan məhrum edilir, yaxud onlara 74 şallaq cəzası verilir.

Faizə Haşimi 2012-ci ildə mitinqə qatıldığı, hakimiyyətə qarşı çıxdığı üçün 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Onun qardaşı Mehdi Rəfsəncaniyə isə maliyyə fırıldağına görə 12 il iş kəsilib və hazırda həbsxanadadır.

İran hakimiyyətinə müxalifətdə olan mənbələr bildiriblər ki, Faizə Haşimi "hakimiyyət əleyhinə" təbliğat apardığına görə mühakimə edilib.

Əliəkbər Haşimi-Rəfsəncani 1989-1997-ci illərdə İranın prezidenti olub. 2009-cu ildə müxalifət sayılan hakimiyyətdaxili islahatçı xətti müdafiə edərək, keçmiş prezident Mahmud Əhmədinejatla prezident postu uğrunda mübarizə aparmış və məğlub olmuşdu. O, 2017-ci il yanvarın 10-da vəfat edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.