Dünya

Fransada prezidentliyə namizədlərin qeydiyyatı başa çatdı

18 Mart 2017 18:19
0 Şərh     Baxış: 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada prezidentliyə namizədlərin qeydiyyatı başa çatıb.

Milli.Az report.az-a istinadən bildirir ki, seçkilərdə iştirak etmək üçün zəruri olan xalq seçicilərindən 500 imzanı 11 nəfər toplaya bilib.

Seçkilərdə "Respublikaçılar" partiyasının nümayəndəsi Fransua Fiyon, "İşgüzar mübarizə" partiyasının nümayəndəsi Natali Arto, "Respublika Xalq Birliyi" partiyasının sədri Fransua Asselino, "Həmrəylik və Tərəqqi" hərəkatının sədri Jak Şeminad, "Ayağa qalx, Fransa!" partiyasının namizədi Nikolya Düpon-Enyan, "Milli cəbhə"nin lideri Marin Le Pen, "İrəli" mərkəzçi partiyasının lideri Emmanuel Makron, sosialist Benua Amon, ifrat solçuların nümayəndəsi Jan-Lyuk Melenşon, "Yeni Antikapitalist Partiyası"nın lideri Filipp Putu və mərkəzçi deputat Jan Lassal iştirak edəcək.

Qeyd edək ki, ən çox imzanı (2593) Fransua Fiyon toplayıb.

Xatırladaq ki, Fransada prezident seçkiləri iki turda - aprelin 23-də və mayın 7-də keçiriləcək.

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.