Dünya

İran: Qızıl Çərşənbəni qeyd edənlər cəzalandırılıb

19 Mart 2017 23:35
1 Şərh     Baxış: 2 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Məşhəd şəhərində Hicri təqvimə görə ilin son çərşənbə gecəsi keçirilən Qızıl Çərşənbə (Çərşənbə Suri) mərasimlərində iştirak edən bəzi iranlılara küçə təmizləmə cəzası verilib.
Milli.Az BBC-yə istinadən bildirir ki, İranda Qızıl Çərşənbə küçələrdə tonqal qalayaraq atəşfəşanlıq və fişəng partladaraq qeyd olunur.
Ancaq hər il polis və İnqilab Mühafizəçiləri, Qızıl Çərşənbədə "ifrata vardıqları" səbəbilə bir çox şəxsi həbs edir.
Məşhəd prokuroru bayramı qeyd etmənin şəhərdə səbəb olduğu ziyanlara görə belə bir cəza verildiyini açıqlayıb.
Prokuror, bu il saxlanılan şəxslərin növbəti ilin bu günündən əvvəl yenidən saxlanılacağını və mərasimlər qurtarana qədər müvəqqəti həbsxanada saxlanılacağını bildirib.
İranın Təsnim informasiya agentliyi builki şənliklərdə üç nəfərin həyatını itirdiyini, 2 min 351 nəfərin də yaralandığını bildirib.
Əlaqəli mövzular

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.