Russiyanın Moskva şəhərinin Kursk dəmir yol vağzalında partlayış təhlükəsi olduğu barədə məlumat daxil olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, Zemlanoy val 29 ünvanında partlayış təhlükəsi olduğu barədə polisə məlumat daxil olub.
Daxil olmuş məlumat nəticəsində vağzalın binasından 200-ə yaxın insan təxliyyə olunub.
Hal-hazırda kinoloqlar vağzalın ərazisinə baxış keçirir.
Hadisə ilə bağlı rəsmi məlumat verilməyib..
Milli.Az