Dünya

Rusiya FTX-nin binası qumbaraatanlarla vuruldu

17 Mart 2017 12:44
0 Şərh     Baxış: 731

Martın 17-də gecə saatlarında naməlum şəxs Rusiya Federal Təhlükəsizlik Xidmətinin İnquşetiyadakı idarəsinin binasına atəş açıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə respublikanın hüquq-mühafizə orqanları məlumat yayıb.

"Martın 17-də gecə saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İnquşetiya Respublikası üzrə Malqobek rayon bölməsinin binası qumbaraatanla atəşə tutulub. Hadisə nəticəsinə xəsarət alan olmayıb", - məlumatda bildirilib.

Xəbərdə bildirilib ki, idarənin binasına ziyan dəyib. 
Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.