Dünya

"Moskva və Ankaranın başqa planları var" - Putinin yeni açıqlaması

16 Mart 2017 17:50
0 Şərh     Baxış: 2 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin terrorla mübarizə mövzusunda açıqlama verib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, açıqlamaya əsasən, Moskva və Ankaranın terrorla mübarizə məsələsində başqa planları var.

Türkiyənin Moskvaya göndərdiyi səfiri Hüseyin Diriözün məktubunu qəbul edən Putin deyib: "Türkiyə ilə münasibətlərimiz yaxşılaşmağa doğru gedir. Türkiyə prezidenti Ərdoğanla 10 mart tarixində görüşdük. Bu görüşdə əsasən "Türk axını" və "Akkuyu" layihələrini müzakirə etdik".

Xəbərə əsasən, Putin qeyd edib ki, Ərdoğanla görüşdə Suriyada terrora qarşı mübarizə və siyasi həll mövzusu, gələcəkdə hansı addımların atılacağı və nələrin planlaşdırılacağı müzakirə edilib:

"Rusiya və Türkiyə sayəsində Suriya hökumət qüvvələri və silahlı müxalifət arasında atəşkəs elan edildi. Türkiyənin bu məsələdə oynadığı rolu bilirik və təqdir edirik. Bu rol Suriya mövzusunda sülh görüşlərinin təşkil edilməsinə kömək etdi".  

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.